“Fənərbağça” klubunun sol cinah hücumçusu Ferdi Kadıoğlu karyerasını İtaliya A seriyasında davam etdirəcək.

Məlumata görə, 25 yaşlı hücumçunun “Napoli” klubu ilə razılığa gəldiyi bildirilib.

Türkiyə mediası Ferdi Kadıoğlunun artıq italyan dilində dərslər almağa başladığı ilə bağlı xəbərlər paylaşıb.

Qeyd edək ki, “Fənərbağça” klubu “Napoli”dən Ferdi Kadıoğlu üçün 20 milyon avro tələb edib.

Mənbə: Fotomac.com.tr