Ermənistan ordusunun hərbçisi Tavuş rayonunun Kirants (Günən) kəndi istiqamətində minaya düşüb.

hakimiyyet.az xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyi təsdiqləyib.

“Hərbçi mina partlaması nəticəsində xəsarət alıb”, - Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib.

Məlumatda həmçinin bildirilir ki, minaya düşən hərbçi istehkamçı olub.