AZ

"2026-cı ilə qədər..." — Deputatdan Qarabağa qayıdışla bağlı AÇIQLAMA

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib ki, ilin sonuna kimi işğaldan azad edilmiş bütün rayonlara qayıdış başlayacaq. "Xalq qəzeti"nə müsahibə verən komitə rəsmisinin sözlərinə görə, azad edilmiş ərazilərə ilin sonuna kimi 20 min insanın qayıdışı planlaşdırılır: “Qayıdışın coğrafi arealı 20 kənd və qəsəbə, 7 şəhər olmaqla, 27 yaşayış məntəqəsini əhatə edəcək. Tezliklə Şuşaya, bundan başqa, Xocalıya, Cəbrayıla, Kəlbəcərə və Zəngilana da köçürülmə prosesinə start veriləcək. Bir məqamı da qeyd edim ki, ilin sonuna kimi məskunlaşma bütün işğaldan azad edilmiş rayonlarda başlamış olacaq”, - deyə F.Hüseynov qeyd edib.  

Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, “Böyük Qayıdış”ın miqyası günbəgün genişlənir:



“Yaxın günlərdə Şuşaya ilk qayıdış həyata keçiriləcək. 20 ailə Şuşa şəhərinə qayıdacaq. Bu yaşayış məntəqələrinə anti-terror tədbirləri nəticəsində işğaldan azad olunmuş ərazilərimiz də daxildir. Bu da ondan xəbər verir ki, qaydış intensivləşir. Praktik olaraq intensiv qaydış prosesini müşahidə edirik. 2026-cı ilə qədər 140 min vətəndaşımız işğaldan azad olunmuş ərazilərə qayıdacaq. Buna görə də biz infrastrukturun formalaşmasını da müşahidə edirik. Azərbaycan dövləti məskunlaşma prosesini çox sistemli şəkildə aparır. Bu isə “Böyük Qayıdış”ın birinci proqramı çərsivəsində artıq daha çox vətəndaşımızın öz ata-baba yurdlarına qayıtmasına imkan verəcək”.

Törə Zeynallı
Demokrat.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
Mənbələr
Şərh ()
Bağla