AZ

NATO Rusiya ilə açıq hərbi toqquşmaya can atır - Rusiya XİN

"NATO ölkələri şüurlu şəkildə Ukrayna böhranının Rusiya ilə açıq hərbi toqquşmaya doğru daha da genişlənməsinə gətirib çıxarır".

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin qeyri-strateji nüvə silahlarından istifadə bacarıqlarının inkişaf etdirilməsi üzrə təlimlər keçirməsi ilə bağlı Rusiya diplomatik departamentinin bəyanatında deyilir.

“Şimali Atlantika blokuna üzv dövlətlərin hərəkətləri əslində onu göstərir ki, onlar qəsdən Ukrayna böhranının NATO ölkələri ilə Rusiya arasında açıq hərbi toqquşmaya doğru daha da kəskinləşməsinə çalışırlar.  Düşmənçilik kursunun həyata keçirilməsinin bir hissəsi kimi, ölkəmizi strateji məğlubiyyətə vadar etməyə cəhd edirlər" - deyə Rusiya Xarici İşlər Nazirliyi bildirib.

Nərgiz,

Sitat.info

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla