AZ

"Azərbaycan su çatışmazlığından əziyyət çəkən ölkələr sırasında yer alacaq" — HƏYƏCAN TƏBİLİ

Azərbaycanda su çatışmazlığı ciddi problem səviyyəsinə çatıb. Ölkədə su ehtiyatları azalır. Əhali suyu sayğacdankənar istifadə edir, tikinti normalarına cavab verməyən fərdi şəbəkələr qurulur, bağ və həyət evlərində yaşıllıqlar içməli su ilə suvarılır. Bu hallar da israfçılığa yol açır. Bunun qarşısını almaq üçün vaxtaşırı suyun qiymətinin artırılması, sudan istifadəyə görə müəyyən limitlərin qoyulması kimi həll yolları müzakirə olunur. 

Ekoloq Rövşən Abbasov Demokrat.az-a açıqlamasında deyib ki, hazırda Abşeron yarımadasında suvarma suyu yoxdur: 

 

“Bağların, parkların və yaşıllıqların suvarılmasında istifadə olunan su içməli sudur. Suvarma içməli su ilə edildiyindən əhaliyə su çatmır. Bu da yay aylarında su qıtlığına və su stressinin yaranmasına səbəb olur. Yayda vətəndaşlar yaxşı olar ki, sudan qənaətlə istifadə etsinlər, zəruri olmayan ehtiyacları üçün içməli suyu sərf etməsinlər. Su israfının qarşısını almaq üçün bütün mümkün yollardan istifadə edilməlidir. İçməli suyun, ölkənin su ehtiyatlarının qorunmasına hamı həssas yanaşmalıdır. Bu gün su ehtiyatlarına qənaət etməsək, Azərbaycan yaxın gələcəkdə su çatışmazlığından əziyyət çəkən ölkələr sırasında yer alacaq”.

Törə Zeynallı
Demokrat.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla