AZ

Qazaxıstan şəkər ixracına müvəqqəti qadağa qoyub

Qazaxıstan hakimiyyəti 31 avqust 2024-cü ilə qədər şəkər ixracını qadağan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə respublika hökumətinin saytında məlumat verilib.

Bildirilib ki, bu qərar respublika vətəndaşlarının şəkərlə fasiləsiz təminatının təmin edilməsi məqsədi ilə xarici ticarət siyasəti və beynəlxalq iqtisadi təşkilatlarda iştirak üzrə nazirliklərarası komissiyanın (BMK) iclasında qəbul edilib.

"Bu tədbir beynəlxalq tranzitə təsir etməyəcək", -deyə hökumət bildirib. Hazırda anbarlardakı şəkər ehtiyatlarının balansı və Qazaxıstana idxalın miqdarı təxminən 256 min ton təşkil edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
Mənbələr
Şərh ()
Bağla