AZ

Qəhvənin qiyməti son 45 ilin ən yüksək səviyyəsinə qalxıb

Beynəlxalq Qəhvə Təşkilatının (ICO) hesabatına görə, Robusta qəhvə qiymətləri son 45 ilin ən yüksək səviyyəsinə yüksəlib.

 

Oxu24.com  xəbər  verir  ki, ICO-nun əsas bazarlarda spot qiymətlərin məcmusundan hesabladığı topdansatış qiymət göstəricisi ay ərzində 16,8 faiz artıb.

 

Espresso hazırlamaq üçün istifadə edilən qəhvənin qiyməti aprel ayında 1979-cu ildən bəri ən yüksək həddə çataraq funtu 1,94 dollara (kiloqramı 4,27 dollar) çatıb.

 

Bu, ən böyük robusta istehsalçısı olan Vyetnamın əkinçilik ərazilərindəki quraqlıq və istilər səbəbindən baş verib.

 

Hesabatda qeyd olunur ki, ölkə keçmiş və cari mövsümlərdə məhsul çatışmazlığından sonra çətinliklərlə üzləşməkdə davam edir.

 

Bu xammalın aparıcı ixracatçısı olan Vyetnamda istehsal həcminin azalması gözlənilməz olmadı. Hələ ötən ilin noyabrında Milli Qəhvə Assosiasiyası quru hava səbəbindən məhsulun 10 faiz azalacağını proqnozlaşdırmışdı, lakin məlum oldu ki, reallıqda söhbət onun həcminin 20 faiz azalmasından gedir.

 

Bu ilin yazında kakaoda da rekord qiymət artımı qeydə alınıb, lakin ötən həftə onun qiyməti təxminən 30 faiz itirərək kəskin ucuzlaşıb. Bu, alıcıların artan qiymətləri saxlamaq üçün pullarının qalmaması səbəbindən baş verib.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
5
Mənbələr
Şərh ()
Bağla