AZ

Mövsümi olmayan meyvə-tərəvəzlərin insan sağlamlığına təsiri

Mövsümi olmayan meyvə-tərəvəzlərin istifadəsi insanlarda hormon balansının pozulması hətta ciddi xəstəliklərin yaranmasına gətirib çıxarda bilər.


Bu sözləri sağlam qidalanma mütəxəssisi, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova Referans.az-a açıqlamasında deyib.


O bildirib ki, hazırda satışda kifayət qədər mövsümi olmayan meyvə və tərəvəzlər var. Bunların arasında alça, çiyələk, pomidor, xiyar, badımcan və bu kimi meyvə və tərəvəzləri görə bilərik. Təbii ki, ilk olaraq insan mövsümü gözləməyə səbirsizlənir və o qidalardan istifadə edərək düşünür ki, onlar həmin dadda həmin keyfiyyətdə olacaq. Bildiyiniz kimi bu meyvə-tərəvəzlər mövsümündə olmadıqda istixanalarda, parniklərdə yetişdirilir ki, onların da yetişməsi üçün süni və kimyəvi müdaxilələr lazım olur. Bu müdaxilələrə qədərindən artıq kimyəvi dərmanların və hormonların istifadəsi aiddir. Belə olan halda insanlarda hormon balansının pozulması, həzm sisteminin və həzm orqanlarının sıradan çıxması, təhlükəli xəstəliklərin yaranması (məsələn onkoloji xəstəliklər) müşahidə olunur. 

Mütləq şəkildə bilmək lazımdır ki, həmin qidaların tərkibində kimyəvi maddələr heç vaxt təmizlənmir və qəbul etdikdə insan orqanizminə keçir. Bəzən də onları kal şəkildə yığırlar ki, uzaq məsafəyə daşınarkən öz-özünə yetişsin yaxud da xarab olmasın. Bu zaman onların tərkibi tam formada yetişmir və bu da insanlarda ürək-damar sisteminin, qan dövranı sisteminin pozulmasına, qəfil ürək tutmalarına, qəfil ölümə və beyin sızmalarına qədər gətirib çıxardır.


Ekspertin sözlərinə görə, yetişməmiş meyvə-tərəvəzlərin qəbulu insanlarda passiv zəhərlənmə kimi halların da müşahidə olunmasına gətirib çıxardır. İnsanlar bu kimi qidaları qəbul etdikdə anında bəzən reaksiya verməyə bilir və zamanla insan orqanizminin zəhərlənməsinə səbəb olur. Ona görə də bu qidaların qəbul olunduğu qanda olan kimyəvi maddələr yığını olan - toksik maddələr orqanizmdən xaric olmur və müəyyən zamandan sonra öz fəsadlarını verməyə başlayır.


Elə həssas qrup var ki, buna uşaqlar, yaşlılar, xroniki xəstələr, hamilə qadınlar aiddir və hansı ki, onlar daha çox həmin meyvə tərəvəzlərdən istifadə edir. Bu kimi meyvə və tərəvəzləri qəbul etmək bu qrupa daxil olan insanların orqanizmi üçün birbaşa təhlükədir və xüsusilə də hamilə qadınlar əgər bu qidalardan istifadə etdiyi vaxt bilməlidir ki, bu yolla onlar həm öz orqanizmini həm də dünyaya gələcək körpənin də sağlamlığını ciddi təhlükə altına atmış olur. Yaxşı olar ki, Azərbaycan olaraq yaşadığımız ölkədə hər fəsilə uyğun olan meyvə-tərəvəzlərdən istifadə edək. Əmin ola bilərik ki, mövsümündə olan həmin meyvə və tərəvəzdən istifadə edərkən tərkibində olan vitamin və mineraldan orqanizmimiz faydalanacaq. Eyni zamanda həmin qidada daha səmərəli şəkildə orqanizmə faydalılığını göstərəcək.


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
Mənbələr
Şərh ()
Bağla