AZ

Litva prezidenti İsveçrədə Ukrayna ilə bağlı konfransda iştirak edəcək

Litva Ukraynada nizamlanma üzrə iyunun 15-16-da İsveçrədə keçirilməsi planlaşdırılan beynəlxalq konfransda ən yüksək səviyyədə iştirak etmək niyyətindədir. 

"Operativ Media" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığından sonra Baltik Respublikasının prezidenti Gitanas Nausedanın mətbuat xidməti məlumat yayıb.

"Litva Ukrayna Prezidentinin sülh düsturunu dəstəkləyir və bundan sonra da dəstəkləyəcək", - deyə məlumatda bildirilir.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Rusiya nəinki İsveçrədə Ukrayna ilə bağlı konfransda, hətta Ukrayna prezidenti Zelenskinin "sülh formulu" altında keçirilən hər hansı tədbirdə iştirak etmək niyyətində deyil. Çünki bu formul Moskvanın mövqeyini nəzərə almır. 

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla