AZ

Turun son oyununda "Səbail" "Qəbələ"yə məğlub oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII tura yekun vurulub.

“İki sahil” xəbər verir ki,  turun sonuncu matçında "Səbail" "Qəbələ"ni qəbul edib.

Məhsuldarlığı ilə yadda qalan görüşdə əyalət təmsilçisi 3:2 hesablı qələbə qazanıb.

Qarşılaşmada hesabı 17-ci dəqiqədə ev sahiblərinin heyətində penaltini dəqiq yerinə yetirən Aleksandr Ramalinqom açıb. Cəmi 3 dəqiqə sonra Osama Xalayla status-kvonu bərpa edib. 32-ci dəqiqədə Əyyub Allaş qonaqları hesabda önə çıxarıb. Fasiləyə 5 dəqiqə qalmış Pedro Nuno vurduğu qolla oyuna yenidən tarazlıq gətirib. 56-cı dəqiqədə “qırmızı-qaralar”ın heyətində dubl edən Osama Xalayla yekun hesabı müəyyənləşdirib.

Bu nəticənin ardından autsayder “Qəbələ” xal ehtiyatını 20-yə yüksəldib. Şahin Diniyevin komandası isə 45 xalda qalıb.

Qeyd edək ki, XXXIII turun digər görüşlərində "Qarabağ" "Neftçi"ni (5:0), "Zirə" "Turan Tovuz"u (2:1), "Sabah" isə "Araz-Naxçıvan"ı (1:0) məğlub edib. "Kəpəz" - "Sumqayıt" qarşılaşmasında qalib müəyyənləşməyib - 1:1.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
50
Mənbələr
Şərh ()
Bağla