AZ

Təbii fəlakətlər 15 nəfərin həyatına son qoyub

Əfqanıstanda təbii fəlakətlər 15 nəfərin həyatına son qoyub.

Sitat.info xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Məlumata görə, ölkənin bir çox bölgəsində leysan yağışların yaratdığı seldə 8 nəfər, ildırım vurması nəticəsində isə 7 nəfər həyatını itirib.

Əfqanıstan Milli Fəlakət İdarəsinin (ANDMA) verdiyi açıqlamada sel nəticəsində 1142 hektar kənd təsərrüfatı sahəsinin su altında qaldığı, 11 450 baş heyvanın tələf olduğu, 189 evin zərər gördüyü bildirilib. 

Türkan

Sitat.info

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla