AZ

Bu məsələni ictimaiyyətin diqqətinə çatdırmaq lazımdır- ÖZƏL

"Qərbi Azərbaycan məsələsi hələ ki, beynəlxalq hüquq müstəvisinə çıxmayıb. Beynəlxalq təşkilatlar qarşısında bu məsələ qaldırılsa da, hələ institutlaşmayıb. Bu məsələ son vaxtlar xeyli ictimailəşib. İrəvan Türk Cümhuriyyəti, Qərbi Azərbaycan İcması kimi qurumların fəaliyyəti və zaman-zaman da bəzi beynəlxalq təşkilatlara müraciətləri müəyyən qədər bu mövzunun beynəlmiləşməsinə kömək edir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa qeyd edib:

"Burda bir şeyi nəzərə alaq ki, Qərbi Azərbaycan kökənli insanlar yalnız Azərbaycanda deyil, Güney Azərbaycan, Anadolu, Rusiyada, hətta Türkiyədəki dostlarımızın dediyinə görə Türkiyədə 2 milyona yaxın Qərbi Azərbaycan kökənli insanlar məskunlaşıb. 5 milyona yaxın Qərbi Azərbaycan kökənli türkün bu gün dünyanın müxtəlif ölkələrinə səpələnməsi barədə bilgilər var. Vəziyyət bu qədər dəhşətlidir. 30 min km-lik ərazidən əhali boşaldılıb və bu, 200 il ərzində baş verib. Ordan çıxarılan insanlar sonradan başqa coğrafiyalarda məskunlaşıblar, artıb, çoxalıblar. Bu 3-5 günün faciəsi deyil. 200 il ərzində bu coğrafiyada olan türklər öncə rus ordusu tərəfindən, sonra da orda məskunlaşdırılan ermənilər tərəfindən müəyyən dövrlərdə hakimiyyətsizliyə, basqınlara məruz qalıblar. Yəni bu bölgədə böyük faciə yaranıb. 
Beynəlxalq hüquq müstəvisinə gəldikdə, beynəlxalq qanunvericilikdə məcburi köçkünlər məsələsi var. Məcburi köçkünlərin hüquqları ilə bağlı konvensiyalar var. Sadəcə olaraq bu mövzunu peşəkar səviyyədə işləmək, BMT-ə qaldırmaq, ictimaiyyətin diqqətinə çatdırmaq lazımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla