AZ

Ərdoğan Türkiyənin İraq və Suriyada PKK-ya qarşı əməliyyatlar aparacağını bildirib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın yaxın vaxtlarda İraqın şimalında və Suriyada terrorçu PKK yaraqlılarına qarşı sərhədyanı əməliyyatlar keçirməyi planlaşdırdığını açıqlayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Ərdoğan Ankarada sədrlik etdiyi Nazirlər Kabinetinin iclasından sonra deyib. 

"Yaxın gələcəkdə İraq və Suriyadakı əməliyyatlarımız nəticəsində manevr imkanları xeyli daralmış terror təşkilatına qarşı məqsədyönlü zərbə endirəcəyik", - Ərdoğan qeyd edib. 

"Müttəfiqlərimizin vədləri pozulduğu üçün Suriyada yarımçıq qalan işləri lazımi vaxt gəldiyində mütləq başa çatdıracağıq", - Türkiyə lideri bildirib. 

Bundan əvvəl Türkiyə prezidenti 30-40 kilometrlik təhlükəsizlik zonasının yaradılmasını yaya qədər başa çatdırmaq planlarından danışıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
133
4
Mənbələr
Şərh ()
Bağla