AZ

Dmitri Kuleba: "Bu, Rusiya ilə yeni silahlanma yarışında qalib gəlməyin yeganə yoludur"

Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba Avropa İttifaqı ölkələrini iqtisadiyyatlarını yenidən istiqamətləndirməyə çağırıb.

HİT.az xəbər verir ki, nazir bu barədə Brüsseldə keçirilən Müdafiə Sənayesi Forumundakı çıxışında danışıb.

"Avropa İttifaqında sülhü qorumaq istəyiriksə, Avropada hərbi iqtisadiyyata və hərbi sənayeyə keçməliyik, deyən Kuleba əlavə edib ki, bu, Rusiya ilə yeni silahlanma yarışında qalib gəlməyin yeganə yoludur.

Kuleba həmçinin avropalı tərəfdaşları Ukraynanın müdafiə müəssisələrinə sərmayə qoymağa çağırıb.

"Bu, Ukraynanı daha çox silahla təmin etmək üçün əla fürsətdir. Bizim istehsal gücümüz maliyyə imkanlarımızı xeyli üstələyir", deyə nazir bildirib.

Aİ-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Cozep Borrell öz növbəsində, Aİ ölkələrini Kiyevə daha çox hava hücumundan müdafiə sistemi və sursat ötürməyə çağırıb.

Samir

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla