AZ

Kaxaber Tsxadadze: “Sevinmək üçün xüsusi bir şey yoxdur”

“Azarkeşlər üçün maraqlı oyun oldu. Mübarizə və qollar gördük. Bu da inkişaf üçün yaxşıdır. Gənc uşaqlar bu səviyyədə sona qədər mübarizə apardılar. Futbolçularımı təbrik edirəm. İki debütantımız da var idi. Sevinmək üçün xüsusi bir şey yoxdur”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze “Səbail” qələbəsi (3:2) sonrası deyib. O, daha sonra davam edib:

“Biz sonuncu pillədəyik. Cavanlara görə sevinirəm ki, onlar özlərini meydanda hiss etdilər. Qələbəni də həmçinin. Ümidvaram ki, bu cür davam edəcəklər və qalan görüşlərdə özümüzü yaxşı tərəfdən göstərəcəyik. Onlar yaxşı məşq edirlər, hətta daha yaxşı oynaya bilərlər.

“Öncəki oyunlarda biz daha çox epizod yaradırdıq, nəinki bu gün. Epizodlarda soyuqqanlılıq, keyfiyyət özünü göstərməlidir. “Neftçi” qapıya bir zərbə vurdu, uddular. Biz isə 5 qol epizodunu boşa verdik. Ustalıq tək texnika deyil, psixologiya da var. Komanda çox uduzurdu deyə, inanmsızlıq yaranırdı. Komanda sonuncu pillədədir. Mental hazırlıq çatışmırdı”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla