AZ

Babuşkin Əliyevə xatirə fotoalbomunu təqdim etdi – FOTO

Prezident İlham Əliyev mayın 6-da Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru İqor Babuşkini qəbul edib.

Doğru.az xəbər verir ki, bu barədə Azərbaycan liderinin Mətbuat xidməti məlumat yayıb.

Görüşdə Azərbaycan ilə Rusiya arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilərək, ölkəmizin Rusiyanın ayrı-ayrı regionları, o cümlədən Həştərxan vilayəti ilə həyata keçirdiyi əməkdaşlığın bu işə öz töhfəsini verdiyi vurğulanıb.

Azərbaycan Prezidentinin bu yaxınlarda Rusiyaya uğurlu səfəri qeyd olunaraq, bu səfərin əlaqələrimizin daha da möhkəmlənməsini nümayiş etdirdiyi bildirilib. Dövlət başçısı bu səfər çərçivəsində Rusiya Prezidenti ilə birlikdə Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə Moskvada dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşündə tədbir iştirakçılarının ulu öndərin bu layihənin reallaşmasındakı xidmətlərini böyük hörmətlə yad etmələrindən məmnunluğunu bildirərək, vurğulayıb ki, bu, münasibətlərimizin səmimiliyini nümayiş etdirir və qürur hissi doğurur.

Həştərxan vilayətinin qubernatoru, ilk növbədə, İlham Əliyevi Prezident seçkilərində inamlı qələbə münasibətilə təbrik edərək, bunu Azərbaycan xalqının dövlət başçısına sonsuz etimadı kimi dəyərləndirib.

DOĞRU.AZ

image-prez7 image-prez1 image-prez2 image-prez3-1 image-prez4

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
145
14
Mənbələr
Şərh ()
Bağla