- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Naxçıvan, 6 may, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş yeniyetmə qızlar arasında voleybol üzrə "Heydər Əliyev kuboku" uğrunda muxtar respublika turniri keçirilir.
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, yarışda iki qrupda 8 komanda “play-off” uğrunda mübarizə aparır. Bu gün yarışın keçirildiyi İlham Əliyev adına Olimpiya İdman Kompleksində ilk oyunlar reallaşıb.
Qeyd edək ki, mayın 10-u turnirin final görüşü və bağlanış mərasimi keçiriləcək.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.