AZ

Ev heyvanları bahalaşıb - VİDEO

Son zamanlar ev heyvanlarının qiymətinin kəskin bahalaşması müşahidə edilir.

BAKU.WS-in Xezerxeber.az-a istinadən məlumatına görə, it 10 min manata, pişik 17 min manata satılır.  

Satışda olan “Kanqal”, “Malino”, “Alman iti” kimi cins heyvanlar ən bahalılar hesab edilir. Ev heyvanlarının satışı ilə məşğul olan şəxslərin sözlərinə görə, qiymətlər cinsə və qana görə dəyişir.

Pişiklərin qiymətində də artım var. Hətta bəzi pişik cinsləri 17 min manata satılır.  

Heyvan satışı üzrə mütəxəssislərin sözlərinə görə, qiymətlərinin bahalaşmasının əsas səbəbi ev heyvanlarının və yemlərinin xaricdən gətirilməsidir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
29
Mənbələr
Şərh ()
Bağla