AZ

HƏMAS atəşkəs üçün nəzərdə tutulan güzəştlərdən DANIŞDI

HƏMAS-ın Qəzza zolağındakı liderin köməkçisi Xəlil əl-Həyya bildirib ki, Fələstinin HƏMAS hərəkatı girovların azad edilməsinin təfərrüatları ilə bağlı vasitəçilərin təklif etdiyi atəşkəsin birinci mərhələsində İsraillə danışıqları davam etdirəcək.

Qaziler.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Əl-Həyya həmçinin qeyd edib ki, irəli sürülən təklifə əsasən, birinci mərhələdə “işğalçılar Qəzza zolağının daxilində sərhədə bitişik ərazilərə çəkiləcək”.

O, HƏMAS-ın bu  müharibəni bitirmək və əsl əsir mübadiləsinə keçmək üçün güzəştə getdiyini vurğulayıb.

Qeyd edək ki, Fələstinin Həmas hərəkatı Qətər və Misir vasitəçilərinə danışıqlarda Qəzza zolağında atəşkəsin şərtləri ilə razılaşdıqlarını elan etmişdi.

QAZİLER.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla