AZ

Szinpin Parisdə elan etdi: Fələstin dövlətinin yaradılması…

Çin Sədri Si Szinpin mayın 6-da Yelisey sarayında Fransa Prezidenti Emmanuel Makron və Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə Çin-Fransa-AB üçtərəfli görüşündə iştirak edib.

Axar.az xəbər verir ki, Szinpin Çinin AB ilə birlikdə İsrail-Fələstin münaqişəsi üzrə ikidövlətli həllin həyata keçirilməsi üçün konkret cədvəl və “yol xəritəsi” hazırlamaq məqsədi ilə daha geniş, daha nüfuzlu və effektiv beynəlxalq sülh konfransının çağırılmasını dəstəkləməyə hazır olduğunu bildirib.

O ümid etdiyini bildirib ki, AB qurumları Çin haqqında düzgün təsəvvür formalaşdıracaq və Çinə qarşı pozitiv siyasət yürüdəcək.

Szinpin vurğulayıb ki, Çin-Avropa münasibətləri güclü daxili hərəkətverici qüvvəyə və geniş inkişaf perspektivlərinə malikdir və onlar heç bir üçüncü tərəfə qarşı yönəlməyib və heç bir üçüncü tərəfə arxalanmamalı və ondan asılı olmamalıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
3
Mənbələr
Şərh ()
Bağla