AZ

Şolts: 35 min hərbçimiz Avropanın müdafiəsinə kömək etməyə hazırdır

Təxminən 35 min hərbçimiz fövqəladə vəziyyət zamanı müttəfiqlərə tez dəstək verməyə hazırdır.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Latviyaya səfəri zamanı deyib.

Onun sözlərinə görə, Baltikyanı ölkələrdə təhlükəsizlik vəziyyəti gərgin olaraq qalır:

"Almaniya və digər müttəfiqlər NATO-nun şərq cinahını əhəmiyyətli dərəcədə gücləndirmək üçün iki il əvvəl Baltikyanı ölkələrə əlavə qüvvələr göndərmək qərarına gəliblər. Almaniya Estoniya və Latviyada hava məkanının mühafizəsini öz üzərinə götürür".

Şolts vurğulayıb ki, Bundesver əsas diqqətini Şimal-Şərqi və Mərkəzi Avropanın müdafiəsinə yönəldəcək.

223-cü ilin oktyabrında Almaniyanın müdafiə naziri Boris Pistorius NATO-nun yeni müdafiə strategiyasını həyata keçirmək üçün 35 min hərbçini yüksək hazırlıq vəziyyətində saxlayacağını bildirmişdi. 225-ci ildən onlar 25-ci diviziya daxilində yerləşdiriləcək və sonra NATO-nun müxtəlif əməliyyat səviyyələrində mövcud olacaqlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
4
Mənbələr
Şərh ()
Bağla