AZ

Rusiyalı reperi Moldovaya buraxmayıblar

Rusiyalı

Əslən Özbəkistandan olan rusiyalı reper MC Doni (Dostonbek İslamov) Moldovaya buraxılmayıb. O, oliqarx İlan Şorun qrupunun təşkil etdiyi konsertdə çıxış etməli olsa da, Moldovanın sərhəd polisi buna imkan verməyib.

Reyting.az
-ın xəbərinə görə, sərhədçilər məlumatı “NewsMaker” portalına təsdiqləyiblər.

Xatırladaq ki, konstitusiyaya zidd hesab edilən “Şor” partiyasının mətbuat xidməti bir gün əvvəl bildirmişdi ki, mayın 6-da Şəhər Günündə Taraclia şəhərində “İlan Şorun komandası tərəfindən təşkil edilən” tədbirlərdə reper Donin də çıxış edəcək.

V. QULİYEV

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla