AZ

Xulen Lopeteqi “Bavariya”ya “yox” deyib

Xulen Lopeteqinin adı "Bavariya"nın yeni baş məşqçisi olmağa namizədlərdən biri olub.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə nüfuzlu insayder Fabrizio Romano  "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

İspaniyalı bu yaxınlarda Münhen nəhəngindən imtina edib, çünki o, artıq "Vest Hem"ə razılıq verib.

“Bavariya” Lopeteqi ilə konkret danışıqlar aparmayıb və mütəxəssis Tomas Tuxeli əvəzləmək üçün əsas variantlar arasında olmayıb.

Xulen Lopeteqinin "Vest Hem"ə təyinatı çox yaxında açıqlana bilər. "Çəkiclilər"in sükanı arxasında məşqçi yaxın vaxtlarda gedəcəyi artıq rəsmən təsdiqlənən Devid Moyesi əvəz edəcək. Lopeteqinin əvvəlki iş yeri "Vulverhempton" olub.



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
Mənbələr
Şərh ()
Bağla