AZ

Angelos Postekoqlu “Liverpul”a məğlubiyyətə aydınlıq gətirdi

“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu Premyer Liqanın 36-cı turunun “Liverpul”la səfər oyununda məğlubiyyəti (2:4) şərh edib.

Arena.az “Sky Sports” dərgisinə istinadən, avstraliyalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Aydındır ki, bu, bizim üçün çox məyusedici nəticədir, amma ən azı bu gün oyun tərzimiz baxımından özümüzə daha çox bənzədik. Düşünürəm ki, bu gün hətta birinci hissədə də oyunumuz, təpkimiz özümüzə qayıtdı.

Ola bilsin ki, uşaqlarda azacıq inam yoxdur, amma biz daim bunun üzərində işləməyə çalışırıq”, deyə Angelos Postekoqlu vurğulayıb.

36 oyundan 78 xalla “Liverpul” yarış cədvəlinin 3-cü pilləsində qərarlaşıb. “Tottenhem” isə 35 oyundan 60 xalla 5-ci pillədədir.

36 oyundan 83 xalla “Arsenal” yarış cədvəlinin zirvəsində şərti lider mövqeyində qərarlaşıb. “Mançester Siti” isə 35 oyundan 82 xalla mümkün lider mövqeyində “topçular”ı qarabaqara təqib edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
Mənbələr
Şərh ()
Bağla