AZ

Rusiya... F-16-ları nüvə silahı daşıyıcısı hesab edəcək

...Rusiya Federasiyası F-16 qırıcılarının istənilən modifikasiyasını nüvə silahının potensial daşıyıcıları kimi nəzərdən keçirəcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Moskva xatırladıb ki, bu tip təyyarələr ikili təchiz olunmuş platformalara malikdir - qeyri-nüvə və nüvə.

...Uzun illərdir ki, bu tip təyyarələr NATO-nun birgə nüvə missiyalarında istifadə olunan təyyarə parkının əsasını təşkil edir. Bu təyyarələrin hansı spesifik modifikasiyada veriləcəyindən asılı olmayaraq, biz onları nüvə silahı daşıyıcıları kimi qəbul edəcəyik.

Beləliklə, Rusiya Xarici İşlər Nazirliyi NATO ölkələrinin Ukraynaya F-16-lar vermək istəyini şərh edib.

...Daha əvvəl prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, qeyri-strateji nüvə silahlarından istifadə üzrə təlimlərin keçirilməsi Qərb ölkələrinin Rusiya-Ukrayna münaqişəsinə eskalasiya əlavə etməkdən təəssüflənməsi ilə bağlıdır.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
Mənbələr
Şərh ()
Bağla