AZ

Rusiyanın aktivləri bunun üçün istifadə ediləcək - Kansler

Avropa Birliyi (AB) Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirin 90 faizini Kiyevin hərbi ehtiyacları üçün istifadə etməyə razılaşıb.

Axar.az xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts Latviyaya səfəri zamanı keçirdiyi mətbuat konfransında bəyan edib.

"Bu, əhəmiyyətli bir məbləğdir və ildə bir neçə milyard avro təşkil edir", - kansler bildirib.

Qeyd edək ki, Ukraynada münaqişə başlayandan sonra AB və G7 ölkələri Rusiyanın təxminən 300 milyard avro dəyərində valyuta ehtiyatlarının demək olar ki, yarısını dondurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
5
Mənbələr
Şərh ()
Bağla