AZ

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Yaponiya

Bakı, 7 may, AZƏRTAC

Yaponiya hökuməti özünün hərbi dəniz qüvvələrinin modernləşdirilməsi və inkişafı proqramı çərçivəsində Avstraliyaya hərbi gəmilərin tədarükü üzrə tenderdə iştirak etmək niyyətindədir.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiyanın “Yomiuri” qəzeti məlumat yayıb.

Vurğulanıb ki, Yaponiya tenderdə qalib gələrsə, Avstraliyaya özünün ən müasir esmineslərinin modernləşdirilmiş variantlarını tədarük edəcək. Qeyd olunub ki, Avstraliyaya hərbi gəmilərin tədarükü üçün digər potensial namizədlər arasında Almaniya və Cənubi Koreya da var.

Bu ilin fevral ayında Avstraliyanın müdafiə naziri Riçard Males bəyan etmişdi ki, ölkə hakimiyyəti növbəti on il ərzində dəniz donanmasının modernləşdirilməsi üçün əlavə 7,3 milyard dollar xərcləyəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
162
2
Mənbələr
Şərh ()
Bağla