AZ

Yezidilər də keşiş Baqratın İrəvana revanşist yürüşünə qoşuldu...-VİDEO

Ermənistanın yezidi kürd icmasının nümayəndələri üzdəniraq din xadimi, Ermənistanın Tavuş yeparxiyasının baş keşişi Baqrat Srbazanın rəhbərlik etdiyi Azərbaycanın Ermənistanla sərhədlərinin Qazaxın məlum 4 kəndindən başlanan demarkasiya-delimitasiya prosesinə qarşı yönəlmiş revanşist, rusiyapərəst hərəkata dəstəklərini ifadə edərək mübarizəyə qoşulublar.
 
Moderator.az xəbər verir ki, bu haqda news.am məlumat yayıb.
 
“Mübarizəmizə qoşulmağımızın bir şüarı var: mənim uşağım və sizin övladınızın öz vətənində beşiyi qoymaq üçün təhlükəsiz yeri olsun, orada ana öz ana dilində övladı üçün layla oxusun və onun sarsıla biləcəyindən qorxmasın",  -yezidi icmasının nümayəndəsi bildirib.
 
Keşiş Baqrat yezidi icması nümayəndələrinin addımını alqışlayıb. “Sizin varlığınız bizim hamımız üçün son dərəcə vacibdir, çünki Ermənistan sizin dövlətinizdir, bütün müharibələrdə sizin iştirakınız, dövlətimizin qurulmasında azlıq kimi deyil, bütövlükdə böyük xidmətləriniz var. "Azlıq" termini bizim üçün işləmir"
 
Xatırladaq ki, keşiş Baqrat Qalstanyanın rəhbərlik etdiyi, Xocalı canisi, terrorçu eks-prezident Robert Köçəryanın lideri olduğu "Hayastan" blokunun da dəstəklədiyi  revanşist, irqçi hərəkat İrəvana yürüşünü davam etdirir...

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
Mənbələr
Şərh ()
Bağla