AZ

Qazaxda polis məktəblilərlə görüşüb » AzadMedia.az


Qazax Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Narkomaniya və erkən nikahlara yox deyək!” mövzusunda Daş Salahlı kənd tam orta məktəbinin şagirdləri ilə maarifləndirici görüş keçirilib.

Çıxış edən Qazax RPŞ-nin rəisi, polis polkovniki, Sənan Əsədov ümumbəşəri bəla olan narkomaniyanın fəsadlarından, onun insan həyatında buraxdığı acı izlərdən konkret misallardan nümunə gətirməklə bu bəladan qurtulmaq üçün hər kəsin üzərinə mənəvi məsuliyyət düşdüyünü bildirib. Sağlam gəncliyin və etibarlı gələcəyin qurulması baxımından belə maarifləndirici görüşlərin davamlı şəkildə təşkilinin zəruriliyindən danışıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanlarının həyata keçirdiyi qətiyyətli tədbirlərlə bağlı görüş iştirakçılarına məlumat verilib.

Sonra müzakirə olunan mövzular ətrafında digər çıxışlar dinlənilib və şagirdlərin sualları cavablandırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
1
Mənbələr
Şərh ()
Bağla