AZ

Braziliyada sel fəlakəti nəticəsində ölənlərin sayı 84-ə çatıb

Ölkənin cənubundakı Rio Grande do Sul əyalətində ötən həftədən bəri davam edən yağışdan sonra baş verən daşqınlar səbəbindən can və mal itkiləri artır.

"Operativ Media" xəbər verir ki, Əyalətin Mülki Müdafiəsi tərəfindən verilən açıqlamada ölənlərin sayının 84-ə, itkin düşənlərin sayının isə 111-ə yüksəldiyi bildirilib.

Açıqlamada silahlı qüvvələrin iştirak etdiyi axtarış-xilasetmə əməliyyatlarında 14 min 500 şəxsi heyətin çalışdığı, 30 təyyarə və 182 qayıqla 25 nəfərin fəlakət bölgələrindən xilas edildiyi bildirilib.

840 mindən çox insan daşqın və maddi ziyandan mənfi təsirlənsə də, 121 min 957 nəfər evini tərk etmək məcburiyyətində qalıb.

Yerli medianın məlumatına görə, bir milyondan çox insan əsas ehtiyaclara çıxışda ciddi çətinliklərlə üzləşib, 98 şəhərdə elektrik və internet xidmətləri tamamilə sıradan çıxıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
136
2
Mənbələr
Şərh ()
Bağla