AZ

“Qəbələ”nin arxadan atdığı daş… “Səbail”ə dəydi

“Səbail” üçün hər şey bitdi. “Dənizçilər” son 3 turda 6-cı pillədə qalmaq üçün mübarizə aparacaq. Bu yer heç nəyi ifadə etməsə də, baş məşqçi Şahin Diniyev vədinə sadiq olmaq niyyətindədir. Axı, o, hələ mövsümün əvvəlində hədəf kimi məhz 6-cı pilləni göstərmişdi.

O başqa məsələ ki, 10 komanda arasında 6-cı olmaq üçün bu qədər pul dağıtmağın, legioner gətirməyin mənası yox idi. “Səbail” qədər büdcəsi olan komandalar avrokuboklar üçün sonadək mübarizə aparmalıdır. Amma Bayıl təmsilçisi nə layiqli yer tuta bildi, nə də ölkə futbolunun inkişafı naminə hansısa yerli gənci üzə çıxardı. Sadəcə, böyük pullar dağıdıldı.

Dünən Bakıda 3:2 hesablı qələbə qazanan “Qəbələ” ilk dəfə tənqidlərdən yan qaçmağı bacarır. Amma bu, yalnız baş məşqçi Kaxaber Sxadadzenn statistikası üçün lazımdır. “Qəbələ”nin Premyer Liqanı tərk edəcəyi ötən həftədən bəllidir və dünənki qələbə arxadan atılmış daşa bənzəyir.

Bəlkə də bu qələbənin əsas səbəbi təzyiqin olmamasıdır. Premyer Liqada qalmağa ümid varkən bunun üçün çalışan, təzyiq altında oynayan futbolçular nəticəyə çata bilmirdi. Hər şey bəlli olduqdan sonra isə ortada nəticəyə görə məsuliyyət hissi qalmadı və “Qəbələ” öz futbolunu oynayaraq qələbə qazandı.

“Qəbələ”nin taleyi bəlli deyil. Komandanın Premyer Liqada qalmaq ümidləri iştirakçı sayının artırılması ilə cücərə bilər. İnd bu, AFFA-nın problemi deyil, “Qəbələ”ni mövsümün əvvəlində uçuruma yuvarlanmaq üçün yola çıxaranlar düşünməlidir. İmkanların, şəraitinə görə bir çox komandadan üstün olan “qırmızı-qaralar” bu gün son pillədə qərarlaşıbssa, günah rəhbərlikdə, səbəb onların səhv seçimlərindədir.

FƏRİD

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla