AZ

Çinin Sarı dənizi beynəlxalq toqquşmalar meydanına çevirmə cəhdi yolverilməzdir

Çinin Sarı dənizi beynəlxalq toqquşmalar meydanına çevirmə cəhdi yolverilməzdir.

May ayının 4-də Sarı dəniz hövzəsində beynəlxalq sularda xidməti vəzifəsini həyata keçirən Hobart esminesindən havaya qalxan Avstraliya Hərbi Dəniz Qüvvələrinə məxsus MH-60R hərbi helikopterinin Çin hərbçiləri tərəfindən atəşə tutulması iki ölkə arasında gərginliyin artmasına səbəb olub.

Hadisə ilə bağlı "9News" telekanalına açıqlama verən Avstraliyanın Baş naziri Entoni Albanaze Çinin hərəkətini pisləyərək bunun bölgədə təhlükəli insidentə yol aça biləcəyi barədə qarşı tərəfə sərt şəkildə xəbərdarlıq edib. O deyib ki, beynəlxalq sularda üzən gəmilərə qarşı belə hərəkətlər gələcəkdə də təkrarlanacağı təqdirdə bütün məsuliyyət Çin tərəfinin üzərinə düşəcək.

Oxuməni.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
Mənbələr
Şərh ()
Bağla