AZ

“Ermənistan Azərbaycanla bu məsələləri müzakirə etmək niyyətindədir"

“Ermənistan Almatıda keçiriləcək danışıqlarda Azərbaycanla nəqliyyat infrastrukturunun və ticarət marşrutlarının məhdudiyyətlərsiz açılması məsələsinin nizamlanmasını müzakirə etmək niyyətindədir”.

Bunu Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan deyib.

O, hazırda ümumi razılaşmanın olmadığını qeyd edib.

Xatırladaq ki, Azərbaycan və Ermənistanın XİN rəhbərləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında görüş mayın 10-da Almatıda keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
Mənbələr
Şərh ()
Bağla