AZ

​İlk dəfə İngiltərədə istifadə edildi -

İngiltərə Futbol Federasiyası futbolda yeniliyə imza atıb. Metbuat.az xəbər verir ki, futbolda ilk dəfə hakim videokamera taxıb. Yeni tətbiqdən “Kristal Palas” - “Mançester Yunayted” oyununda istifadə edilib. Kamera hakimin qulaqcığına bərkidilib. Bu kamera vasitəsilə hakimin epizodları necə izlədiyini daha yaxşı müşahidə etmək mümkün olacaq. Həmçinin, hakimin nəzərindən qaçan epizodlara videokameranın lentə aldığı qeydlərlə baxmaq mümkün olacaq.

Qeyd edək ki, “Kristal Palas” – “Mançester Yunayted” oyunu meydan sahiblərinin 4-0 hesablı qələbəsi ilə başa çatıb. Hakim VAR-dan istifadə etməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla