AZ

Amerikalı hərbçi Rusiyada saxlanıldı


Vladivostokda amerikalı hərbçi Rusiya qanunlarını pozmaqda şübhəli bilinərək saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə NBC telekanalı ABŞ-dən olan adı açıqlanmayan üç məmura istinadən məlumat yayıb.
“Həftə sonu Rusiyada ABŞ hərbçisi saxlanılıb. O, oğurluqda ittiham olunur, lakin bu ittihamların nə dərəcədə doğru olduğu aydın deyil”, - telekanal sözügedən məmurlardan birindən sitat gətirib.
Qeyd olunur ki, əsgər Cənubi Koreyada Amerika kontingentinin tərkibində xidmət edib və öz təşəbbüsü ilə Rusiya ərazisinə gedib.
“İzvestiya” mənbəsi ABŞ hərbçisinin qadını döyərək ondan 200 min rubl oğurladığına görə saxlanıldığını bildirib. Nəşrin həmsöhbətinin sözlərinə görə, amerikalı əsgər internetdə Vladivostok sakini ilə tanış olub və bir müddət onunla yaşayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
4
Mənbələr
Şərh ()
Bağla