AZ

Çin və Fransa liderləri İranın nüvə probleminin sülh yolu ilə həllinə tərəfdar olduqlarını bildiriblər

Çin Xalq Respublikasının sədri Si Cinpinlə Fransa Prezidenti Emmanuel Makron İranın nüvə probleminin sülh yolu ilə həllinə tərəfdar olduqlarını bildiriblər.

APA xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Hər iki lider problemin diplomatiya və siyasi tədbirlərlə həllinin vacibliyini vurğulayıblar.

"Çin və Fransa İranın nüvə probleminin siyasi və diplomatik yolla həllinə kömək etmək üçün səy göstərəcəklərini təsdiqləyirlər", - məlumatda vurğulanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
1
Mənbələr
Şərh ()
Bağla