AZ

TƏBİB “Təbiəti də sağaldaq” devizi ilə ağacəkmə aksiyalarına start verib 

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində “Təbiəti də sağaldaq” adlı ağacəkmə aksiyalarına başlanılıb. TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun tapşırığına uyğun olaraq, bütün tabeli tibb müəssisələrində mərhələli şəkildə keçirilməsi planlaşdırılan ağacəkmə aksiyalarına yüzlərlə tibb işçisinin qoşulması nəzərdə tutulur.
 
TƏBİB-dən Aztibb.az-a verilən xəbərə görə, “Təbiəti də sağaldaq” devizi ilə başladılan ağacəkmə aksiyasına cənub bölgəsindən start verilib. 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə əlaqədar olaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasında keçirilən aksiyada TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, İcraçı direktorun müşaviri Emil Xəlilov, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktoru Ağabala Kəlbiyev, ətraf 9 rayonun direktorları və digər rəsmi şəxslər iştirak edib.
 
Mərhələli şəkildə bütün tabeli tibb mərhələsində keçirilməsi planlaşdırılan aksiyanın əsas məqsədi insanların diqqətini ekoloji vəziyyətin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsinə cəlb etmək, yaşıllıq zolaqlarının genişləndirilməsinə töhfə vermək və ekoloji mədəniyyəti təbliğ etməkdir.
 
Ağacəkmə aksiyalarında hər bölgənin yerli iqliminə uyğun olaraq müxtəlif növdə ağaclar əkilir, yaşıllıqlar salınır və onlara aqrotexniki qulluq göstərilir.
 
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
146
1
Mənbələr
Şərh ()
Bağla