AZ

İsrail ordusunun tankları Rəfaha daxil olub

İsrail Müdafiə Ordusunun zirehli tank bölmələri bu gün səhər Qəzza zolağının cənubunda Rəfah şəhərinə daxil olublar. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “The Times of Israel” qəzeti yayıb. 

Bildirilir ki, İsrail ordusu Rəfahın şərq hissəsində HƏMAS hədəflərinə zərbələr endirir. 

Xatırladaq ki, mayın 6-da HƏMAS-ın İsraillə atəşkəsə razılaşdığı barədə məlumat yayılıb. Bununla belə, İsrail hökuməti Rəfahda hərbi əməliyyatların davam etdirilməsi barədə qərar qəbul edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
3
Mənbələr
Şərh ()
Bağla