AZ

Nə üçün plastik qablarda su içmək olmaz? - Günə bu qədər su içməliyik? - Video

Nə üçün plastik qablarda su içmək olmaz? - Günə bu qədər su içməliyik? - Video



 09:44 07.05.2024     328

Sizcə, qədimdə insanlar bütün günü əllərində su şüşəsi gəzdirir, hər fürsətdə su içirdilər?

Təbii ki, yox! Lakin tez-tez su içmək fikri bizim düşüncələrimizə hakim kəsilib. Əslində, mühitimiz qəribə olub desəm, yanılmaram. Məsələn; bir restorana gedirik. Ofisiant yaxınlaşıb soruşur: “Bir az su içmək istəyərdinizmi?” Tədbirlərdə hər insanın qarşısına su qoyulur. Mütəxəssislər bir ucdan deyir: “Gündə, ən azı, 8 stəkan su içməlisiniz!” Stəkan ölçüsü də 200 ml. Bəli, bilirik ki, orqanizmimizin böyük qismi sudan ibarətdir. Mən sizə “su içməyin!” demirəm. Suya ehtiyacımız var. Su həyatdır! Sadəcə, düşünürəm ki, bildiklərimi insanlarla paylaşmalıyam. Susuzluğu anlamaq. Susuzluqla bağlı internetdə axtarış aparsanız, qarşınıza olduqca maraqlı yazılar çıxacaq. Susuzluq oksitosin adlı bir hormona təsir edir. Oksitosin güvən və sevgi hormonu olaraq qəbul edilir. Əslində, oksitosin stressi azaldan hormondur. Kortizol səviyyəsini aşağı salmaq qabiliyyətinə malikdir. Qəribədir ki, susuzluq hissi oksitosin səviyyəsini yüksəldir. Gün ərzində tez-tez su içirsinizsə, orqanizm kiçik də olsa, susuzluq çəkmirsə, orqanizm susuzluq siqnalları verdiyində oksitosin hormonu lazımi şəkildə hərəkətə keçməyəcək. Qədim insanları düşünək. Onlar bu qədər tez-tez su içmirdilər. Onlar fasiləli şəkildə su içirdilər. Fasiləli aclığın orqanizm üçün önəmini bilirsiniz. Fasiləli su içmək də bu cür faydalıdır.

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla