AZ

Media: Makron və Si Cinpinq İranın nüvə probleminin sülh yolu ilə həllini müdafiə ediblər



Çin prezidenti Si Cinpin və Fransa prezidenti Emmanuel Makron İranın nüvə probleminin diplomatiya və siyasi tədbirlərlə sülh yolu ilə həllini müdafiə ediblər.Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

"Çin və Fransa İranın nüvə probleminin siyasi və diplomatik yolla həllinə kömək etmək üçün səy göstərəcəklərini təsdiqləyirlər", - telekanal iki ölkə liderlərinin Si Cinpinin səfərindən sonra yayılan Yaxın Şərqlə bağlı birgə bəyanatına istinad edir.
Bəyanatda vurğulanır ki, Pekin və Paris Birgə Hərtərəfli Fəaliyyət Planını (JCPOA) “çoxtərəfli diplomatiyanın mühüm nəticəsi” hesab edir.

"Çin və Fransa eskalasiya riskindən narahatdırlar və Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığın vacibliyini bir daha bəyan edirlər", - məlumatda vurğulanır.Hər iki tərəf, həmçinin nüvə silahının yayılmamasını təmin edən beynəlxalq mexanizmlərin qorunub saxlanmasını təşviq etməyə və birgə Yaxın Şərq regionunda sülh və sabitliyin qorunmasına töhfə verməyə hazır olduqlarını bildiriblər.BMT Təhlükəsizlik Şurasının Daimi Beşliyi və Almaniya tərəfindən nüvə inkişafı ilə bağlı böhranı həll etmək üçün 2015-ci ildə İranla Birgə Hərtərəfli Fəaliyyət Planı imzalanıb. ABŞ-ın əvvəlki prezidenti Donald Tramp 2018-ci ildə bu sazişdən çıxmaq qərarına gəlib. Hazırkı Amerika lideri Co Bayden Vaşinqtonu nüvə sazişinə qaytarmağa hazır olduğunu dəfələrlə bəyan edib. 2021-ci ilin aprelindən Rusiya, Böyük Britaniya, Almaniya, Çin, ABŞ və Fransa Vyanada İran tərəfi ilə JCPOA-nın orijinal formada bərpası ilə bağlı danışıqlar aparır.

aia.az
Tərcümə şöbəsi



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
Mənbələr
Şərh ()
Bağla