AZ

Geosiyasi gərginlik artdıqca neft də bahalaşır

Neft qiymətləri, İsrailin Qəzza zolağı üçün atəşkəs təklifini rədd etməsi və Yaxın Şərqdəki gərginliklə bağlı risk əhval-ruhiyyəsi ilə ikinci gün də yüksəlişini davam etdirib.

Marja xəbər verir ki, Brent nefti bazar ertəsi günü 0,5 faiz bahalaşdıqdan sonra bir barel üçün 84 dollara, ABŞ xam nefti isə 79 dollara yaxınlaşıb.

İsrailin hərbi kabineti HƏMAS-ın qəbul etdiyi atəşkəs təklifini yekdilliklə rədd edib. Yəhudi dövləti Qəzzanın böyük şəhərlərindən biri olan Rəfahda hərbi əməliyyatları davam etdirəcəyinə söz verib.

Xam neftin bahalaşması, Asiya birjalarının çərşənbə axşamı günü FED-in bu il faiz dərəcələrini azaltmağa başlayacağına dair optimizmlə yüksəlməsi fonunda baş verib. ABŞ-ın borclanma xərclərini azaltması ölkənin enerji tələbatı üçün bir müsbət amil olmalıdır.

Neft fevral ayından bəri ən pis həftəlik ucuzlaşmasından sonra bir qədər bərpa olunur. OPEC+ tərəfindən hasilatın azaldılması bazarı qıtlaşdırması səbəbindən qiymətlər ilin əvvəlindən yüksək olaraq qalır. Kartelin təklifi məhdud saxlayacağı gözlənilir.

FED-in uçot dərəcəsini azaltması neftə tələbin artmasını dəstəkləyə bilər. 

Bu gün Enerji İnformasiya Administrasiyası (EIA) ABŞ-da hasilatın artımı tempi də daxil olmaqla, bir sıra ipucları təqdim edəcək qısamüddətli enerji proqnozlarını açıqlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
13
Mənbələr
Şərh ()
Bağla