AZ

Könül Bayramova - Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim

"Həkimlərimizi tanıyaq!" rubrikamızda həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan Goranboy Rayon Mərkəzi Xəstəxanasının  həkim-laborantı Könül Aruzu qızı Bayramovadan bəhs edəcəyik.
 
Könül Bayramova 1989-cu ildə Gəncə şəhərində anadan olub. 2006-2011-ci illərdə Azərbaycan Tibb Univesitetinin Tibbi Profilaktika fakultəsində təhsil alıb.
 
O, 2011-2014-cu illərdə Goranboy Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində həkim-infeksionist olaraq fəaliyyət göstərib. 2014-2016-cı illərdə laboratoriya işi üzrə rezidentura təhsili alıb. 2016-cı ildən Goranboy Rayon Mərkəzi xəstəxanasında həkim-laborant vəzifəsində çalışır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
Mənbələr
Şərh ()
Bağla