AZ

Həbsdə olan “yutuber” apellyasiya şikayəti verdi

“Youtube” platformasında fəaliyyət göstərən “Kanal9” kanalının rəhbəri, Bərdə rayon sakini 1990-cı il təvəllüdlü Əbdülkərim Cəfərovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, Gəncə Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası mayın 10-na təyin edilib.

 

Şikayət hakim Nural Əliyevin sədrliyi ilə araşdırılacaq.

 

Qeyd: Ə.Cəfərov barəsində Cinayət Məcəlləsinin 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə-təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Araşdırmalar zamanı məlum olub ki, o, İmişli, Biləsuvar, Göygöl və digər rayonlarda çoxsaylı kafe və restoranların sahiblərini şantaj edib. Ə.Cəfərov hədələdiyi şəxslər barəsində rüsvayedici görüntü və məlumatları yayacağını deyərək, pul tələb edib. O, pulları həyat yoldaşı Nuranə Cəfərovanın kartı vasitəsi ilə qəbul edib.

 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Cəfərov 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. O, məhkəmə zalındaca həbs edilib.

 

Kamal Məmmədov

 

Tarix: 7 May 2024, 09:47   

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla