AZ

NYT: Makronla von der Leyen Si Cinpinə Rusiyaya təsir etmək üçün "təzyiq" göstəriblər

Fransanın Prezidenti Emmanuel Makron və Avropa Komissiyasının sədri Ursula von der Leyenin Çin Xalq Respublikasının Sədri Si Cinpini Ukrayna münaqişəsi ilə əlaqədar Rusiyaya təzyiq göstərməyə inandırmaq cəhdləri uğursuz olub.

APA xəbər verir ki, bu barədə “The New York Times” qəzeti yazıb.

Nəşrin məlumatına görə, Parisdə keçirilən üçtərəfli görüş zamanı Makron və von der Leyenin Si Cinpinə “təzyiq” cəhdləri baş tutmayıb.

Hər iki lider Çin Sədrini Moskvaya təsir imkanlarından istifadə edərək Rusiyadan Ukrayna ilə münaqişəni dayandırmağı tələb etməyə çağırsalar da, o boyun qaçırıb. Buna baxmayaraq Çin lideri sülh tərəfdarı olduğunu bəyan edib.

Si Cinpin Pekinin Moskva ilə isti münasibətlərinə tənqidi yanaşmanı da rədd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
197
50
Mənbələr
Şərh ()
Bağla