AZ

Macarıstan Aİ-də işçi qüvvəsinin dəyərinə görə sonuncu yerlərdən birini tutur

Macarıstan

Budapeşt, 7 may, AZƏRTAC

Avropa İttifaqının Statistika Agentliyi (Eurostat) tərəfindən toplanan məlumatlara görə, Macarıstanda keçən il ən azı 10 işçisi olan müəssisələrdə saatlıq əmək haqqı 12,8 avro təşkil edib ki, bu da Avropa İttifaqında ən aşağı göstəricilərdən biridir.

AZƏRTAC Eurostat Agentliyinin dünən dərc etdiyi məlumatlara istinadla xəbər verir ki, saatlıq əməkhaqqı yalnız Rumıniyada (11 avro) və Bolqarıstanda (9,3 avro) Macarıstandan aşağı olub. Regional müqayisədə Polşada saatlıq əmək haqqı 14,5 avro, Slovakiyada 17,2 avro, Çexiyada isə 18 avro təşkil edib.

Aİ daxilində işçi qüvvəsi ilə bağlı xərclər orta hesabla saatda 31,8 avro olub.

Macarıstanda işçi qüvvəsinin yerli valyuta ilə dəyəri 2023-cü ildə 17 faiz artıb.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
1
Mənbələr
Şərh ()
Bağla