AZ

Bu gün Ümumdünya Astma Günüdür

7 may - Ümumdünya Astma Günüdür.

 

Aztibb.az xəbər verir ki, Ümumdünya Astma Günü Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə hər il mayın birinci çərşənbə axşamı dünyanın 80-dən çox ölkəsində qeyd olunur.

 

Günün yaranma tarixi 1993-cü ildə ABŞ-nin Milli Ürək, Ağciyər və Qan İnstitutu, Milli Sağlamlıq İnstitutu və Dünya Sağlamlıq Mərkəzi tərəfindən “Bronxial astmanın müalicəsi və profilaktikası qlobal strategiyası”nı müəyyənləşdirən işçi qrupunun yaradılması ilə bağlıdır.

 

Yunan dilindən tərcümədə astma - “ağır nəfəs” deməkdir. Həmin terminin müəllifi Hippokrat hesab edilir və onun “Daxili iztirablar haqqında” əsərində spazmatik xarakter daşıyan astmanın əsas səbəbinin soyuq və nəmişlik olduğu göstərilir. 

 

Astma ilə mübarizəyə həsr olunan tədbirlərin əsas məqsədi ictimaiyyətin diqqətini astma ilə xəstələnmənin artması probleminə cəlb etmək, ondan əziyyət çəkənlərə göstərilən tibbi xidmətin keyfiyyətini yüksəltmək və bu barədə insanları məlumatlandırmaqdır.

 

İlkin səhiyyə xidmətləri göstərən tibb müəssisələrinin peşəkar həkimlərinə müraciət etməklə astmanın aşkarlanmasını, müayinə və müalicəsini həyata keçirə bilərsiniz.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla