AZ

Qız haqqında xoşagəlməz ifadə işlədən şəxs döyüldü - MƏHKƏMƏ

Abşeron Rayon Məhkəməsində tanışını döyməkdə təqsirləndirilən Mahal Əsədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə cinayət işi üzrə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.


İttihama görə, hadisə 26 oktyabr 2023-cü il tarixdə saat 19 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksində yerləşən 90 saylı binanın qarşısında qeydə alınıb.


Belə ki, 2007-ci il təvəllüdlü Mahal Əsədov tanışı, zərərçəkmiş Vüqar Məmmədli (şərti) ilə mübahisə edib. Mübahisəyə səbəb isə zərərçəkmişin tanışları olan Maya Kərimovanın (şərti) barəsində xoşagəlməz ifadələr işlətməsi olub. Mahal da bu barədə Vüqara irad bildirib. Sonra o, qəsdən bir dəfə zərərçəkmiş şəxsin sifət nahiyəsindən vuraraq yerə yıxıb.


Hadisədən sonra Mahal Əsədov cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov 

Tarix: 7 May 2024, 09:58   

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla