AZ

İraqın şimalında 16 PKK-çı zərərsizləşdirilb

Türkiyə Milli Müdafiə Nazirliyi bildirib ki, İraqın şimalındakı Hakurk, Metina və Qara bölgələrində keçirilən hava əməliyyatı zamanı aralarında qrup rəhbəri adlandırılan 16 PKK terrorçusu zərərsizləşdirilib. Məlumatı “Anadolu” verib. 

Nazirlik açıqlamasında bildirib ki, terror yuvalarını məhv etmək iradəsi və qətiyyəti artan təsir və sıx təzyiqlərlə davam edir.

“Qəhrəman silahlı qüvvələrimiz hava əməliyyatı zamanı İraqın şimalındakı Hakurk, Metina və Qara bölgələrində müəyyən edilən sözdə liderlər də daxil olmaqla 16 PKK terrorçusunu zərərsizləşdirib. Biz terrora son qoymaq və ölkə sərhədlərinin təhlükəsizliyini təmin etmək əzmindəyik”.

 

P.ƏMİRCANOV

XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla