AZ

Ərdoğan HƏMAS-ın atəşkəslə bağlı qərarını alqışlayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Nazirlər Kabinetinin iclasından sonra açıqlama verib. Məlumatı “Anadolu” yayıb. 

Türkiyənin dövlət başçısı HƏMAS-ın Qəzzada atəşkəslə bağlı təklifləri qəbul etmək qərarını alqışlayıb: “Biz şadıq ki, HƏMAS bizim təkliflərimizlə atəşkəs razılaşmasını elan etdi, indi İsrail də eyni addımı atmalıdır”.

O, Qərb ölkələrini İsrailə təzyiq göstərməyə çağırıb: “Mən bütün Qərb oyunçularını atəşkəs üçün İsrail administrasiyasına təzyiq göstərməyə çağırıram”.

Prezident Ərdoğan ölkə sərhədləri yaxınlığında terror mövzusuna da toxunub. Onun sözlərinə görə, Türkiyə yaxın vaxtlarda İraq və Suriyadakı separatçı təşkilata həlledici zərbə vuracaq.

 

P.ƏMİRCANOV

XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla