AZ

Rusiyalı deputat: “Real inflyasiya elan ediləndən iki dəfə çoxdur”

Yazını böyüt
Yazını kiçilt

Rusiyada real inflyasiyanın səviyyəsi ilə bağlı müzakirələr yenidən alovlanıb. Dövlət Dumasının İqtisadi Siyasət Komitəsindən Nikolay Arefyev iddia edib ki, real məzənnə elan edilmiş 15 faizlik nisbətdən 2 dəfə çoxdur.

Hafta.az-ın “Moskovskiy komsomolets” qəzetinə istinadən yazdığına görə, Kommunist Partiyasının deputatı Arefyev hökumətin pensiya və maaşları artırmamaq üçün inflyasiya səviyyəsini aşağı göstərdiyini iddia edib.

Deputat Mərkəzi Bankın uçot dərəcəsini 16 faiz səviyyəsində sabit saxlayaraq aşağı salmamasını da real məzənnənin 15 faiz olması ilə əlaqələndirib.

Rusiyada rəsmi inflyasiya 7,7 faiz təşkil edir. Mərkəzi Bankın inFOM ilə birgə keçirdiyi sorğulara əsasən, birinci rübdə hiss olunan inflyasiya 15,5 faiz olub.

Nikolay Arefyev onu da bildirib ki, insanlar bütün ehtiyaclarını ödəmək üçün ayda ən azı 100 min rubl (1084 dollar) qazanmalıdırlar. İqtisadi İnkişaf Nazirliyi bu göstəriciyə 2027-ci ildə çatacağını proqnozlaşdırır. Hazırda orta göstərici 71 min rubl təşkil edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla